Gürcüstanın Baş Prokurorluğu keçmiş deputatla bağlı məhkəmə qərarından şikayət edəcək

img

28-06-2019 [12:23]


Gürcüstanın Baş Prokurorluğu Tbilisi Şəhər Məhkəməsinin ötən gün müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü Nika Melia ilə bağlı qərarından Appelyasiya məhkəməsinə şikayət edəcək.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə N.Melia 30 min lari girov müqabilində azadlığa buraxılıb.

Qərarla N.Meliaya bir sıra məhdudiyyətlər də qoyulub. Sabiq deputata ictimai yerlərdə bəyanat vermək, yaşadığı yeri tərk etmək və iş üzrə şahidlərlə ünsiyyətdə olmaq qadağan edilib. Bununla yanaşı, o, şəxsiyyət vəsiqəsi və pasportunu də istintaq orqanlarına təhvil verməlidir.

Gürcüstan parlamenti Baş Prokurorluğun müraciəti əsasında N.Melianın deputat toxunulmazlığını iyunun 26-da aradan qaldırıb. Keçmiş deputat Tbilisidə iyunun 20-21-də keçirilən aksiyalarda kütləvi zorakılığın təşkili, ona rəhbərlik etməkdə və iştirakda təqsirləndirilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR