Gürcüstanda cinayət halları artıb

img

28-06-2019 [11:44]


Ötən ay Gürcüstanda 5 697 cinayət halı qeydə alınıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsində bildirilib.

Həmin cinayət hallarının yalnız 1 273-nün (22,35%) üstü açılıb.

May ayında törədilən cinayət əməllərinin böyük əksəriyyəti əmlaka (2 053) və sağlamlığa zərər vurma (1 037) ilə bağlıdır.

Aylıq müqayisədə qonşu ölkədə cinayət faktlarının sayı 118 hal və ya 2,11% artıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR