Gürcüstana səfər edən turistlərin sayı 20,2% artıb

28-06-2019 [11:36]
Bu ilin iyunun 1-dən 21-nə qədər Gürcüstana 481 826 əcnəbi səfər edib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb. 

İllik müqayisədə qonşu ölkəyə səfər edən əcnəbilərin sayı 93 346 nəfər və ya 24% artıb.

Hesabat dövründə Gürcüstana səfər edən turistlərin sayı isə 307 262 nəfər təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 51 692 nəfər, yaxud 20,2% çoxdur. 


SON XƏBƏRLƏR