Məmmədəli Mehdiyev: "Yarımfinalda öz səhvimdən məğlub oldum"

28-06-2019 [11:13]
"Hədəfim çempion olmaq idi. Ancaq elə alındı ki, bürünc medalla kifayətlənməli oldum. Çalışacağam ki, qarşıdakı yarışlarda daha inamlı təsir bağışlayım".

"Report" xəbər verir ki, bu fikirləri II Avropa Oyunlarında bürünc medal qazanan cüdoçu Məmmədəli Mehdiyev söyləyib.

90 kq çəki dərəcəsində mübarizə aparan idmançı bildirib ki, rəqibləri çox güclü olub: " Təəssüflər olsun ki, yarımfinalda öz səhvimdən məğlub oldum. Düzür, rəqibimdən o fəndi gözləmirdim. Bir məsələni vurğulamaq istəyirəm. Şəxsən mənə görə, ölkəmizdə keçirilən Avropa Oyunları daha möhtəşəm idi".

Mehdiyev deyib ki, qarşıdan gələn dünya çempionatına daha motivasiyalı hazırlaşacaq.


SON XƏBƏRLƏR