Qabiliyyət imtahanına qeydiyyat bu gün başa çatır

img

28-06-2019 [10:45]


V qrup, bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və təsviri sənət istiqamətinin 14-cü komissiyası (dizayn ixtisası) üzrə qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən Mia.az-a bildirilib ki, həmin komissiyalar üzrə qeydiyyat bu gün saat 23:59-da dayandırılacaq.

V qrupa daxil olan digər komissiyalar üzrə qeydiyyat isə 3 iyul tarixinədək aparılacaq.

Qeydiyyatdan keçməyən abituriyentlər qabiliyyət imtahanında iştirak edə bilməyəcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR