Tbilisidə Gürcüstanın daxili işlər nazirinin istefası tələbi ilə aksiya keçirilir

27-06-2019 [21:13]
Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası başlayıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu saatlarda aksiyada az sayda kütləvilik var.

Səkkizinci gündür davam edən etiraz aksiyalarının yerinə yetirilməmiş bir tələbi qalıb. Həmin tələb daxili işlər naziri Giorgi Qaxarianın istefa verməsidir.

Bu ərəfədə G.Qaxaria Gürcüstanın televiziya kanallarında yayımlanan siyasi tok-şouların aparıcıları ilə iyunun 20-də Tbilisidə baş verən hadisələrlə bağlı sual-cavab formatında görüş keçirir. 


SON XƏBƏRLƏR