Həkimlər Azərbaycan güləşçisinə final qarşılaşmasına çıxmağa icazə vermədi

img

27-06-2019 [20:06]


Azərbaycanın sərbəst güləşçisi Nurməhəmməd Hacıyev (97 kq) "Minsk 2019” II Avropa Oyunlarında final qarşılaşmasında iştirak etməyəcək. 

Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, buna səbəb idmançının yarımfinalda ciddi xəsarət almasıdır. 

Həkimlərin tövsiyəsinə əsasən, N.Hacıyev Abdulrəşid Sadullayevlə (Rusiya) final qarşılaşmasına çıxmayacaq. Beləliklə o, yarışın gümüş medalı ilə kifayətlənəcək.

Qeyd edək ki, bu gün digər sərbəst güləşçi Hacı Əliyev (65 kq) finalda Vladimir Xinçeqaşvili ilə (Gürcüstan) qarşılaşacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR