“Bilirəm ki, bu, çox ağır bir itkidir…” – ABŞ səfiri Elçibəyin övladlarına məktub göndərdi

img

27-06-2019 [18:16]


ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer keçmiş Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın vəfatı ilə bağlı onun ailə üzvlərinə başsağlığı məktub göndırib.

Mia.az xəbər verir ki, səfir məktubunda Həlimə Əliyevanın vəfatından dərindən kədərləndiyini bildirib: "Bilirəm ki, bu, çox ağır bir itkidir. İcazə verin, öz adımdan və ABŞ səfirliyi adından Sizə və ailənizə bu çətin zamanda dərin hüznlə başsağlığı verim. Düşüncələrimiz və dualarımız sizinlədir. 

Allah rəhmət eləsin!”.

Xatırladaq ki, xərçəng xəstəliyindən əziyyət çəkən Həlimə Əliyeva iyunun 14-də Türkiyədə vəfat edib.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR