Ağsuda mal-qara arasında kütləvi zəhərlənmə baş verib - FOTO

img

27-06-2019 [16:49]


Ağsu rayonunda mal-qara arasında kütləvi zəhərlənmə baş verib. 

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu gün səhər saatlarında kənd sakini Səxavət Ağayev örüşdə olarkən mal-qara arasında kütləvi zəhərlənmə halının olduğunu müşahidə edib.

Ümumilikdə kənddə 12 baş iri buynuzlu heyvan tələf olub və 30-a yaxn iri buynuzlu heyvanın tələf olmasının qarşısını almaq istiqamətində işlər görülür. 

S.Ağayev dərhal bununla bağlı rayon Baytarlıq idarəsinə xəbər verib. Hadisə yerinə gələn Baytarlıq idarəsinin nümayəndələri ölmüş heyvan cəmdəklərindən nümunələr götürərək araşdırılması üçün Azərbaycan Qida TƏhlükəsizliyi İAgentliyinin Mərkızi Baytarlıq Labaratoriyasına göndərilib.

Heyvanların hansı səbəbdən zəhərlənməsi labaratoriya müayinəsindən sonra müəyyən olunacaq.

Bundan əlavə Aqrar Xidmətlər Agentliyinin Baytar mütəxəssisləri yerli mütəxəssislərə əməli kömək etmək üçün rayona ezam olunublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR