Prezident İlham Əliyev sərəncam imzaladı

27-06-2019 [16:12]
Prezident İlham Əliyev Xocəsən-Lökbatan avtomobil yolunun 0-11-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Mia.az-ın məlumatına görə, sərəncamla altmış dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Xocəsən-Lökbatan avtomobil yolunun 0–11-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 


SON XƏBƏRLƏR