Xalq artistindən Prezidentə şok müraciət: "Bu xalqı çoxsaylı pinəçi "həkim"lərdən xilas edin"

img

27-06-2019 [15:57]


Xalq artisti Brilliant Dadaşova Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edib.

Mia.az xəbər verir ki, müğənni Azərbaycan həkimləri ilə bağlı ölkə prezidentinə şikayətlənib: 

"Əziz prezidentimiz, sizə qurban olum. Bu xalqı çoxsaylı pinəçi "həkim"lərin əlindən xilas edin. Qohumlarımın əksəriyyəti yaxşı, savadlı həkim olduqları üçün xəbərdaram ki, bir neçə il bundan əvvəl həkimlər arasında test imtahanı keçirilmişdi. 

Rus dilində təhsil aldıqlarına görə, hansı həkim Azərbaycan dilində yaxşı bilmirdisə, onu işdən uzaqlaşdırırdılar. Bunun nəticəsi artıq göz qabağındadır. Həkim Azərbaycan dili ədəbiyyatını yox, təbabəti bilməlidir".

Xalq artisti paylaşımında Prezidentin sosial şəbəkə hesabını da işarəyib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR