Gürcüstana gedən azərbaycanlı öldürüldü - Keçmişin qisası

27-06-2019 [14:23]

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində qətl hadisəsi baş verib.

Mia.az "Report"a istinadla xəbər verir ki, 40 yaşlarında olan kişi odlu silahla qətlə yetirilib.

Qaracalar kənd sakinləri bildiriblər ki, qətlə yetirilən şəxs Gürcüstanda yaşamayıb və o, bir neçə gün bundan öncə anasına baş çəkmək üçün kəndə gəlib.

Qətlin keçmişdə baş vermiş münaqişə zəminində törədildiyi bildirilir.

Faktla bağlı operativ istintaq tədbirləri həyata keçirilir.



SON XƏBƏRLƏR