Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən! - Yeni kampaniya başladı

27-06-2019 [14:11]
Fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan ölkənin telekommunikasiya sahəsinin lideri Azercell abunəçilərini ən sərfəli kampaniyaları ilə sevindirməyə davam edir. 

Bu dəfə müştərilərini dinamik telekom bazarının ən son trendlərinə uyğun smartfonlar ilə təmin etməyi hədəfləyən şirkət, iyun ayının 21-dən iyul ayının 31-dək xüsusi kampaniya təqdim edir.

Şirkətdən Mia.az-a verilən məlumata görə, Fakturasız Xətt abunəçiləri Azercell-dən Samsung smartfonu alıb, ödənilən məbləğin 150 manatadək dəyərini keşbək almaq fürsətini əldə edirlər. Fakturalı xətt abunəçilərinə isə yeni smartfonlarında internet istifadəsini daha da əlçatan etmək məqsədilə, Azercell 6 ay ərzində aylıq 10GB həcmində mobil internet paketini nömrənin balansına hədiyyə edir.

Bizim ilə rəqəmsal dünyanın ən son yenilikləri yeni smartfonunuzda daha əlçatan olacaq! Tətilinizin ən maraqlı anlarını Azercell-dən yeni Samsung smartfonunuz ilə unudulmaz edin! Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/150azngift/ səhifəsinə daxil olun.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz


SON XƏBƏRLƏR