İcra başçısı cəbhə bölgəsinə getdi, əsgərlərlə görüş oldu - FOTOLAR

27-06-2019 [14:07]
26 iyun  - Azərbaycan  Silahlı Qüvvələr günü  ilə əlaqədar  Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinin və ictimaiyyət nümayəndələri Müdafiə Nazirliyinin Goranboy rayonundakı «N» saylı hərbi hissəsinə səfər  edərək xidmət edən əsgər  və zabitlərlə görüşüblər.

İH-dən Mia.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin Goranboy  rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər  və zabitlərin görüşünə getmiş  qonaqlar  hərbi hissəsnin komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərdə olmuş, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmışlar.

 Sonra   26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Goranboy rayonundakı «N» saylı hərbi hissə ilə birgə bayram tədbiri keçirilib.



SON XƏBƏRLƏR