2 milyonluq saatı oğurlanan məmur övladı: 22 yaşlı azərbaycanlı kimdir?

img

27-06-2019 [11:00]


Günün sensasiyası İspaniyanın məşhur İbiza kurortunda Azərbaycan vətəndaşının 1 milyon funt sterlinqlik saatının oğurlanmasl barədə ingilis mətbuatının yaydığı xəbər olub.

Mia.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat verib.

Onun sözlərinə görə, İspaniyanın İbiza adasında 22 yaşlı Azərbaycanlı turist soyğunçuluğa məruz qalıb:

"Təkcə ingilis mətbuatı deyil, qərbdən şərqə bütün dünyanın mətbuatı yazır. Bütün dünyanın ağzı açıla qalıb ki, 22 yaşlı azərbaycanlı belə bir saatın sahibi olub və üstəlik onu oğurlatdırıb. Hansı ki, dünyanın məşhur milyonerləri, böyük şirkət sahibləri belə qələti eləmirlər. 

22 yaşlı azərbaycanlı kimdir? 

Siz onu bəlkə də tanımırsınız, amma atasını gözəl tanıyırsınız. Dünyada 75 nüsxə ilə buraxılan Richard Mille 50-03 McLaren F1 saatları ancaq bizim məmurların övladları kimi kütbeyinlərə 1 milyon funta satırlar. Hələ də maraq edirsiniz kimdir?

Gözünüz ayağınızın altına baxsın. Nə görəcəksiniz? Asfaltı dağılmış, çökmüş yollar...Bizim yollarımızdır, milyonlar nədir, milyardların yeyildiyi yollar. Əlinizi cibinizə salın, o da dağıdılmış büdcəmiz kimi boş...

22 yaşlı azərbaycanlı məmur balasını yollarımız çoxdan Londona aparıb çıxarıb. Onun haqqında yazmışdım, 19 yaşında İngiltərənin milyonerləri sırasında idi. Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 1997-ci il oktyabr təvəllüdlü oğlu Sübhan Məmmədlini deyirəm. Londondakı King’s College-də təhsil alıb, Avstriyada və Britaniyada atasının yollardan yığdıqlarının hesabına çoxmiyonlu şirkətlər açıb. Londonda Camellia House-də 5 milyonluq mənzil sahibidir. 

İndi bir saatı itirib, noolsun? Elə bilin, Xətaidə yol çöküb...Kimsə Saleh Məmmədova deyəsi deyil ki, gözün üstdə çatma qaşların var".

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, ötən gün bəzi xarici media resurslarında İspaniyanın İbiza şəhərində 22 yaşlı azərbaycanlı turistin 1 milyon funt sterlinq dəyərində saatının oğurlanması barədə məlumat yayılıb:

"Bu məlumatdan dərhal sonra ölkənin daxili və xarici siyasətinə, aparılan sosialyönümlü islahatlara kölgə salmaq məqsədi ilə mütamadi olaraq iqtidara, iqtidarın vəzifəli şəxslərinə və ailələrinə qarşı sifarişli, yalan və böhtan dolu məlumatlar yayan müxalifyönlü qüvvələr bu gəncin guya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədlinin olduğu barədə yalan məlumatlar yaymışlar. Bu yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Belə ki, Sübhan Məmmədli İspaniyanın İbiza şəhərində olmamış, Londondakı King’s College-də təhsil almayıb. Bu məlumatları asanlıqla dəqiqləşdirmək mümkündür.

Göründüyü kimi, bu, müxalifyönlü qüvvələrin iqtidarı təmsil edən vəzifəli şəxslərlə bağlı şər və böhtan dolu məlumatlar yaymaqla ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmaq kimi çirkin oyunlardan növbətisidir".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR