Azərbaycanda bələdiyyələrin auditdən keçməsi ilə bağlı vəziyyət pisləşib

27-06-2019 [10:19]
Azərbaycanda məcburi audit subyekti olan 1 608 bələdiyyədən 980-ı və yaxud 60,95%-i 2018-ci ildə auditdən keçib.

"Report” bu barədə Auditorlar Palatasına istinadən xəbər verir.

Xatırladaq ki, 2017-ci ildə 1 265 bələdiyyə və yaxud bütün yerli özünü idarəetmə qurumlarının 78,7%-i auditdən keçmişdi. Başqa sözlə, bələdiyyələrin auditdən keçməsi ilə bağlı vəziyyət pisləşib. 


SON XƏBƏRLƏR