Xətai rayonunda fərdi yaşayış evlərində yanğın başlayıb

img

26-06-2019 [14:00]


Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub. 

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR