Xırdalanda “KamAZ”la azyaşlını vurub qaçan sürücü saxlanılıb

img

26-06-2019 [13:47]


Abşeron rayonunda yolu keçən azyaşlını avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

DİN Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, iyunun 25-də saat 18 radələrində Xırdalan şəhərinin Nizami küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı Məhəmməd Xəlilov vurulub və hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "KamAZ” markalı avtomobillə törədildiyi müəyyən edilib. 

Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Masazır kənd sakini F.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR