Kürəkən qayınatasının evinə tüfəngdən atəş açıb

26-06-2019 [12:56]
Bakı şəhər sakini T.Quliyev Ağcabədi rayonuna gedərək orada yaşayan qayınatası M.Məmmədovun evi istiqamətində 1 dəfə ov tüfəngindən atəş açıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  Mia.Az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gedib.

T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, ona məxsus "Ford” markalı avtomobilə baxış zamanı bir ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Araşdırma aparılır.


SON XƏBƏRLƏR
17:47 15.07.2019
O küləyi sevdim...