Məscidin nəzir qutusundan oğurluq edən şəxs tutuldu

img

26-06-2019 [12:38]


Cəlilabad rayonunda məscidin həyətindəki nəzir qutusundan oğurluq edilib.

DİN Mətbuat Xidmətindən Mia.Az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinə iyunun 22-nə keçən gecə Maşlıq kəndi ərazisindəki məsçidin həyətindəki nəzir qutusundan 150 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini N.Mahmudov saxlanılıb.

Araşdırma aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR