Keçmiş mətbuat katibinin maşınını soydular: "İnanmıram ki, bu, təsadüfi oğurluq olsun" + FOTO

26-06-2019 [11:18]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş mətbuat katibi İlham Məmmədzadənin şəxsi avtomobilini ötən gecə soyublar.

Mia.az xəbər verir ki, bu barədə İlham Məmmədzadənin özü məlumat verib.

O bildirib ki, yaşadığı Sumqayıt şəhəri, 36-ci məhəllədə gecə saat 01:24-də maşınının şüşələri naməlum şəxs və ya şəxslər tərəfindən sındırılıb: "Nə oğurlandığı hələ ki, məlum deyil. 02 qaynar xəttinə zəng etmişik, gözləyirik gəlsinlər".

O, bildirib ki, həyətdə 30-dan artıq maşın var: "Həyətdə mənim maşınından da qat-qat bahalı maşınlar var. İnanmıram ki, bu, təsadüfi oğurluq olsun".




SON XƏBƏRLƏR