Həbs olunmaq təhlükəsində olan deputat: "İvanişvili əbəs yerə düşünür ki..."

img

25-06-2019 [21:21]


"Əgər hesab edirsinizsə, mən bu mubarizə üçün hazır deyildim, çox yanılırsınız, cənab Bidzina İvanişvili”.

Bunu "Rustavi 2” televiziya kanalına açıqlamasında Baş Prokurorluğun barəsində həbs qərarı qəbul etdiyi deputat Nika Melia bildirib.

O, mübarizəyə hazır olduğunu deyib: "Həbsimlə bağlı qərar mənim üçün gözlənilməz olmadı. İvanişvili əbəs yerə düşünür ki, mənim həbsimlə nəyisə dəyişəcək. Əksinə, heç nə dəyişməyəcək”.

N.Melia deputatlara müraciət edərək onları mandatının ləğvinə səs verməyə çağırıb: "Bu tapşırıq sizə verilib və siz İvanişvilinin əsirliyindəsiniz. İnsanın qətl və ya narkotik üstündə həbs olunması ayıbdır. Ancaq Qaxaria və İvanişvili ilə mübarizədə həbs olunmaq mənim üçün şərəfdir”.

Qeyd edək ki, N.Melianın deputat toxunulmazlığı ilə bağlı məsələ parlamentin sabahkı iclasında müzakirəyə çıxarılacaq. Deputat Tbilisidə iyunun 20-21-də keçirilən aksiyada kütləvi zorakılığın təşkili, ona rəhbərlik etmək və iştirakda günahlandırılır. N.Melia ona qarşı ittihamın irəli sürülməsi üçün sabah Baş Prokurorluğa çağırılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR