25-06-2019 [20:50]
Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın BMT-nin İnsan Hüquqları Şurasının 41-ci sessiyasındakı çıxışını Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev şərh edib.
İcmadan Mia.az-a verilən məlumata görə, Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan 24 iyun 2019-cu il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 41-ci sessiyasında çıxış edərək, beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş fikirlər səsləndirmiş, "bölünməz insan hüquqları, öz müqəddəratını təyin etmək hüququndan" danışaraq, bunları "dağlıq qarabağ əhalisi"nin ayrılmaz hüquqları kimi təqdim etməyə yönələn əsassız iddialar irəli sürüb.
Məılumatda bildirilib ki, Mnatsakanyan öz çıxışında qeyd olunanlarla kifayətlənməyərək, guya "Dağlıq Qarabağ"a qarşı 1990-cı illərin əvvəllərindən həyata keçirilən "təcavüz" və oradakı "əhalinin həyatı üçün təhlükə"dən bəhs edib:
"Bildiririk ki, BMT-nin İnsan Hüquqları Şurası kimi mötəbər qurumda çıxış etmək imkanı əldə edən Mnatsakanyan rasional və məntiqli düşünmək qabiliyyətindən məhrum olaraq, məhz elə tribunasından istifadə etdiyi təşkilatın Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi müvafiq qətnamələri unutmuşdur. Bununla bağlı, Mnatsakanyanın pozulmuş yaddaşını təzələyərək ona xatırladırıq ki, BMT TŞ-nin aidiyyəti sənədlərində "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməniləri" ifadəsi öz əksini tapmışdır. Məlum məsələdir ki, Dağlıq Qarabağın əhalisi deyərkən orada yaşayan ermənilər və azərbaycanlılar, yəni iki icmanın nümayəndələri nəzərdən keçirilməlidir. Bölgənin azərbaycanlı əhalisini etnik təmizləməyə məruz qoyub, onların fundamental hüquqlarını kobudcasına pozan Ermənistan tərəfi anlamalıdır ki, azərbaycanlı icma öz torpaqlarına geri qayıtmadan və onların pozulmuş hüquqları bərpa olunmadan Dağlıq Qarabağın gələcəyi ilə bağlı hər hansı fikir söyləmək əsassızdır.
Yaxşı olardı ki, növbəti çıxışları zamanı Mnatsakanyan peşakarlıq naminə BMT-nin və digər beynəlxalq təşkilatların Ermənistan-Azərbycan münaqişəsi ilə bağlı sənədlərini öyrəndikdən sonra məsələyə münasibət bildirsin.
Bildiririk ki, Ermənistan rəsmi şəxsləri, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış və Dağlıq Qarabağ bölgəsinin erməni icmasını əsarət altında girov kimi saxlayan separatçıların cəfəng bəyanatları münaqişənin tənzimlənməsinə xidmət etmir. Ədalətli və daimi sülhün bərqərar olması yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının ölkəmizin beynəlxalq tanınmış sərhədləri çərçivəsində sülh şəraitində birgə mövcudluğu ilə mümkündür".
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək