Eldar Əzizov çimərlik və sahilyanı zonaları insanlara qarşı bağlayanlara qarşı hərəkətə keçdi

25-06-2019 [18:03]

15 iyun 2019-cu il tarixindən paytaxt Bakı şəhərində çimərlik mövsümünə rəsmən başlanması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti şəhər sakinləri və qonaqların nəzərinə çatdırır ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur.

İcra Hakimiyyətinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, çimərliklərdə əhalinin və qonaqların sahilyanı zonada istirahətinə lazımi şəraitin yaradılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.



SON XƏBƏRLƏR
17:47 15.07.2019
O küləyi sevdim...