Azərbaycanın daha bir boksçusu 1/4 finala vəsiqə qazanıb

25-06-2019 [17:26]
Azərbaycan boksçusu Alfonso Dominges "Minsk 2019” II Avropa Oyunlarında növbəti qələbəsini qazanıb.

"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda belaruslu Mixail Dolqolevetslə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 5:0.

Dominges 1/4 finalda El Mohor (Belçika) - Yan Muzik (Çexiya) cütünün qalibi ilə döyüşəcək. Boksçu 1/16 finalda ukraynalı Stepan Qrekulanı mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, bu gün Cavid Çələbiyev (60 kq) moldovalı Dorin Buskanı məğlub edərək 1/4 finala yüksəlib.


SON XƏBƏRLƏR
17:47 15.07.2019
O küləyi sevdim...