"Minsk 2019": Azərbaycanın daha 2 güləşçisi yarımfinala vəsiqə qazanıb

25-06-2019 [14:24]
Azərbaycanın daha iki sərbəst güləşçisi "Minsk 2019” II Avropa Oyunlarında yarımfinala yüksəlib.

86 kq çəki dərəcəsində mübarizə aparan Aleksandr Qostiyev 1/4 finalda gürcüstanlı Sandro Amınaşvilini 6:2 hesabı ilə üstələyib. O, 1/2 finalda Rusiya güləşçisi Dauren Kuruqliyevi sınağa çəkəcək.

125 kq çəkidə çıxış edən Cəmaləddin Məhəmmədov isə 1/4 finalda macarıstanlı Daniel Liqetidən güclü olub - 6:5. O, final uğrunda görüşdə gürcü idmançı Givi Matçaraşvili ilə qarşılaşacaq.

Daha öncə yarımfinala vəsiqəni təmin edən Mahir Əmiraslanov (57 kq) bu mərhələdə rusiyalı Zaur Uquyevlə görüşəcək. Yarımfinallar Bakı vaxtı ilə saat 19:00-da başlayacaq/Report.


SON XƏBƏRLƏR
17:47 15.07.2019
O küləyi sevdim...