Bakıda dəfələrlə məhkumluq həyatı yaşamış oğru tutuldu

img

25-06-2019 [11:58]


Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinə Yeni Yasamal-1 yaşayış sahəsindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

DİN Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları həmin ünvana gəlib, müvafiq araşdırmalar aparılıb. Ev sahibi 210 manat pulunun və 30.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının "isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törədən 2 nəfər qısa müddətdə müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətə görə dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Nahid Soltanov və Bakı şəhər sakini Elvin Abbaslı 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR