Səbail İcra Hakimiyyətinin işçilərinin qəribə iş üslubu - VİDEO

img

25-06-2019 [10:24]


Sosial şəbəkələrdə Səbail rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyi (MKTB) işçilərinin rayonun Yusif bəy İbrahimli küçəsində sökülmüş ərazidəki yükləri qəribə şəkildə daşıması ilə bağlı videogörüntülər yayılıb.

"Report” xəbər verir ki, işçilərin hərəkəti ətrafda yaşayan insanların narahatlığına səbəb olub.

"Toz və əlavə səs-küy yaradılır, üstəlik, heç bir təhlükəsizlik qaydalarına riayət edilmir. Tikinti işi çox primitiv və qeyri-peşəkarlıqla aparılır. Elə bil daş dövrünün əmək fəaliyyətidir”, - deyə, sosial şəbəkə istifadəçilərindən biri qeyd edib.

Digər istifadəçi isə "fəhlələri işdən qovacaqlar, məsələ həll olunmuş olacaq”, - yazıb.

Səbail Rayon İcra Hakimiyyətindən "Report”a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR