“Lenta.ru” Azərbaycanla bağlı təxribat xarakterli məqaləni sildi

img

25-06-2019 [00:14]


İyunun 23-də "Lenta.ru” saytında  Azərbaycan haqqında dərc olunmuş məqalə  saytdan götürülüb.

Azərbaycanın Rusiyadakı Səfirliyindən Mia.az-a verilən məlumata görə, Səfirlik Konstantin Dvoretskinin «Они заводят любовников втайне от мужа и хвастаются подругам» başlıqlı məqaləsi ilə bağlı bildirir ki, aparılmış təxirəsalınmaz işlər nəticəsində sözügedən məqalə informasiya portalından çıxarılıb.

Bundan əlavə, qeyd olunan saytda redaksiyanın Azərbaycan xalqından və Rusiyadakı Azərbaycan icmasının nümayəndələrindən üzr istəməsi, materialın xalqımızı təhqir etmək kimi bir məqsəd güdmədiyi haqda məlumat yerləşdirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR