Müğənni geyimi ilə bağlı suala belə cavab verdi: “Hər şeyimlə diqqət çəkirəm”

24-06-2019 [21:09]
Müğənni Səmra Rəhimli ikinci dəfə "Jara” festivalında iştirakı ilə bağlı sualları cavablandırıb.

Axşam.az xəbər verir ki, o, "pre-party”dəki çıxışından məmnunluq duyduğunu dilə gətirib:

"Hər şey çox super idi. Yenidən çıxış etmək sevindirici haldır. Builki "Jara”dan "boom” enerji gözləyirəm. Hər dəfə bu festivalda iki-üç qat enerji artımı olur”.

Rəhimli geyimləri ilə diqqət çəkməsi ilə bağlı suala isə qısa cavab verməklə kifayətlənib:

"Mən hər şeyimlə diqqət çəkirəm”.


SON XƏBƏRLƏR
17:47 15.07.2019
O küləyi sevdim...