Deputatdan QHT sədrlərinə sərt mesaj: "Nə şantajla, nə təhdidlə bizdən heç nə qopara bilməzsiniz"

24-06-2019 [19:17]
"QHT-lər bizi şantaj etməkdənsə, layihə yazmağı öyrənsin”.

Mia.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Səlis elektron vətəndaş proqramının tətbiqi"nin nəticəsinə həsr olunmuş brifinqdə Şura sədri Azay Quliyev bildirib.

Onun sözlərinə görə, layihəsi keçməyən bəzi QHT-lər şantajla məşğuldur: "İstənilən QHT-nin layihəsini mətbuatda yerləşdirməyə hazırıq. Nə şantajla, nə təhdidlə, nə hədə-qorxu gəlməklə bizdən heç vaxt nəsə qopara bilərlər. Bizi şantaj etmək əvəzinə, haqqımızda böhtan yazmaq əvəzinə düzgün layihə yazmağı öyrənsinlər. Əgər istəyirlərsə, gəlsinlər, onlara təlim keçək".

Şura sədri bildirib ki, fəaliyyətləri göz qabağındadır, bütün layihələr şəffaf şəkildə həyata keçirilir: "Mən onlara demək istəyirəm ki, nə istəyirlər yazsınlar, nə şantaj, nə o hədə-qorxu bizi qorxudur. Biz də onların yazdıqlarını ictimaiyyətə çıxaracağıq, qoy ictimaiyyət özü qiymət versin. Bundan sonra görüm o QHT-lərin nə üzü olacaq. QHT-lər özlərinin savadsızlığını ört-basdır etmək naminə bizim işlərimizə kölgə salmasın".


SON XƏBƏRLƏR
17:47 15.07.2019
O küləyi sevdim...