Goranboyda mal-qara oğruları saxlanılıb

24-06-2019 [19:30]
Goranboyda mal-qara oğruları saxlanılıb.

Daxili İşlər Nazirliyiniin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə iyun ayının müxtəlif vaxtlarında rayonun Şəfibəyli və Kəhrizli kəndlərindən ümumi dəyəri 2400 manat olan iki baş mal -qaranın oğurlanması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş 37 yaşlı Elvin İsmayılov və 30 yaşlı Nicat Qulamov saxlanılıb.

Aparılan istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin Tərtər rayonunda da analoji cinayət hadisələrini törətməklə 1 baş iri buynuzlu heyvanı oğurladıqları müəyyən olunub. Dindirilmə zamanı onlar törətdiyi oğruluq hadisələrini etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR