24-06-2019 [16:04]
Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi növbəti hərraclardan biri iyulun 23-də keçiriləcək.
Mia.az komitəyə istinadla xəbər verir ki, komitə tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsində müasir üsulların tətbiqi hər kəsin prosesdə iştirakına şərait yaradır.
Onlayn formada seçim, sifariş prosedurları və elektron hərrac sisteminin tətbiqi ilə investorlar olduğu məkandan hərraca qoşula bilir. Bu imkanlar özəlləşdirməyə marağı artırmaqla yanaşı, vaxta qənaəti, hərraclarda şəffaf mühiti və rahat iştirakı təmin edir.
İyuldakı hərraca ümumilikdə 80 dövlət əmlakı çıxarılıb. Hərracda investorlar 31 kiçik dövlət müəssisəsi və obyekti, 16 səhmdar cəmiyyəti, 29 nəqliyyat vasitəsi və 4 qeyri-yaşayış sahəsi üzrə seçim edə bilər. Respublikanın müxtəlif regionlarında yerləşən kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 7,5 kvadratmetr və 9,2 min kvadratmetr arasındadır. Obyektlərin qiymət intervalı üzrə də fərqlənməsi hər bir potensial investor üçün uyğun seçim imkanları yaradır. Qəbələ rayonu, Çuxur Qəbələ kəndindəki Anbar binasının ümumi faydalı sahəsi 78 kvadratmetrdir. Bu dövlət əmlakını hazırki fəaliyyət sahəsi ilə yanaşı, digər istiqamətdə xidmət obyekti kimi istifadə etmək mümkündür.
Hərraca çıxarılan qeyri-yaşayış sahələri Bakı, Gəncə, Beyləqan və Abşeronda yerləşir. Xidmət və ofis obyekti kimi istifadəyə imkan verən dövlət obyektlərindən biri Gəncə şəhərindədir. Ümumi faydalı sahəsi 47 kvadratmetr olan qeyri-yaşayış sahəsinin ilkin hərrac qiyməti 7 min manatdır.
Budəfəki hərracda investorlar səhmdar cəmiyyətlərinin 30-45 faizlik səhm paketləri üzrə seçim edə bilər. "Yevlax yun”, "Daşkəsən Aqrotexservis”, "Salyan Kəndkimya” kimi səhmdar cəmiyyətləri müxtəlif şəhər və rayonlarda yerləşir.
Avtomobil almaq arzusunda olan şəxslərə isə istehsal ili 1995-2008-ci illər olan nəqliyyat vasitələri təklif olunur. Bu növ dövlət əmlakları "Hyundai”, "Chevrolet”, "Daewoo” və digər markalara aiddir, ilkin hərrac qiymətləri isə 1000 manat ilə 6 min manat arasındadır.
Hərraclara çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat əldə etmək və sifariş vermək üçün Özəlləşdirmə portalı (privatization.az) və ya komitənin rəsmi saytına (emdk.gov.az) daxil olmaq kifayətdir.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb