Yevlaxda yük maşını ağaca çırpılıb, sürücü özünü kabinədən atıb

img

24-06-2019 [17:45]


Yevlax rayonunda yol qəzası baş verib. 

Hadisə Xaldan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, yük maşını yol kənarındakı ağaclara çırpılaraq aşıb. Bu zaman sürcüsü - 1978-ci il təvəllüdlü Siyavuş Sadıqov özünü kabinədən bayıra atıb və nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır/Report

Digər xəbərlər
SON XƏBƏRLƏR