Gürcüstanın müxalifət partiyası: “Hakimiyyət etirazçılarla alver edir”

img

24-06-2019 [17:30]


Gürcüstanın müxalif "Avropalı Gürcüstan” Partiyası hakim Gürcü Arzusu Partiyasının 2020-ci ildə parlament seçkilərinin proporsional seçki sistemi üzrə keçirilməsi barədə qərarına münasibət bildirib.

Partiya liderlərdindən biri Elene Xoştaria qərarı vətəndaş cəmiyyətinin qələbəsi adlandırıb.

O bildirib ki, hakim partiyanın aksiyaların yalnız bir tələbini yerinə yetirməsi hakimiyyətin etirazçılarla daxili işlər naziri Giorgi Qaxarianı vəzifədə saxlamaq məqsədilə alver etdiyini göstərir: "Əsas tələb Giorgi Qaxarianın istefasıdır. Lakin hakim partiya bu tələbi diqqətdən kənarda saxladı. Hakim komanda iyunun 20-də etiraz aksiyasının dağıdılması zamanı baş verən qanlı olaylarda məsuliyyəti daxili işlər nazirində görmür. Bu yanaşma hakim partiya liderləri üçün utancvericidir”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR