İspaniyada məscidə atəş açılıb

img

24-06-2019 [17:02]


İspaniyanın Seuta muxtar şəhərində naməlum şəxslər məscidi odlu silahdan bir neçə dəfə atəşə tutublar. 

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə "Efe” agentliyi məlumat yayıb.

Hadisə Afrikanın şimalında - Mərakeşlə sərhəddə yerləşən anklavda, Seuta muxtar şəhərində baş verib. İki nəfər məscidə hücum edib və 4 dəfə atəş açıblar. Xəsarət alan olmasa da məsciddə ibadət edən insanlar arasında vahimə yaranıb. 

Silahlı şəxslər hadisə yerindən qaçıblar. 

Digər xəbərlər
SON XƏBƏRLƏR