"Bakı Cihazqayırma Zavodu" cərimələnib

24-06-2019 [16:33]
"Bakı Cihazqayırma Zavodu” MMC inzibati qaydada cərimə edilib.

"Report"un xəbərinə görə, zavod nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsində təqsirli bilinib.

İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Sabunçu Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.


SON XƏBƏRLƏR