Gömrük orqanlarında işə qəbul Gəncədə keçirilmiş vətəndaş qəbulunda əsəs müraciətlərdən biri olub

img

24-06-2019 [16:03]


Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyi ölkənin qərb bölgəsinin sakinlərini, eləcə də bu bölgədə məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Bu barədə "Report"a Komitədən bildirilib. 

Məlumata görə, DGK sədri Səfər Mehdiyevin Gəncədə keçirdiyi qəbul zamanı bu şəhərin, eləcə də Samux rayonunun sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Bundan başqa, DGK sədrinin I müavini İsmayıl Hüseynov Göygöl rayonunda, digər müavini Əsgər Abdullayev isə Daşkəsən rayonunda vətəndaşları qəbul ediblər. Qəbullar zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR