Tbilisidə ağır xəsarət alan iki aksiya iştirakçısı süni tənəffüs aparatına qoşulub

24-06-2019 [13:05]
Gürcüstanın paytaxtı Tbilisidə iyunun 20-21-də keçirilən etiraz aksiyaları zamanı xəsarət alanların 19 nəfəri xəstəxanalarda müalicələrini davam etdirirlər.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Məcburi köçkünlərin işləri, Əmək, Səhiyyə və Sosial müdafiə Nazirliyi məlumat yayıb.

Həmin şəxslərdən ikisi süni tənəffüs aparatına qoşulub. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirirlər.

Digər 17 nəfər isə yüngül və orta dərəcəli bədən xəsarətləri diaqnozu ilə müalicə olunurlar.

Qeyd edək ki, Tbilisidə iyunun 20 və 21-də keçirilən kütləvi etiraz aksiyaları zamanı polislə iştirakçılar arasında baş verən qarşıdurmalar nəticəsində, ümumilikdə, 250-yə yaxın şəxs xəsarət alıb. Onlardan 80 nəfəri polisdir. 


SON XƏBƏRLƏR