6 gün əvvəl toyu olan aqranom özünü öldürdü - Sabirabadda dəhşət

23-06-2019 [17:07]
Ötən axşam Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Şəhərin H.Aslanov küçəsi, ev 25-də yaşayan 35 yaşlı Orxan Tofiq oğlu Məhərrəmli özünü yaşadıqları evin həyətindəki üzüm çardağından asaraq intihar edib. 

Cəmi 6 gün əvvəl, iyun ayının 17-də Orxanın toyu olubmuş.

O.Məhərrəmli Sabirabad regional Toxumçuluq İdarəsində aqronom işləyirdi. Hələlik intiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Vvirtualaz.org


SON XƏBƏRLƏR