"Minsk 2019": Rüstəm Orucov və Hidayət Heydərov 1/4 finala vəsiqə qazanıb

23-06-2019 [15:05]
II Avropa Oyunlarının cüdo yarışlarının ikinci gününə mübarizəyə qoşulan Hidayət Heydərov 1/4 finala vəsiqə qazanıb.

"Report"un Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizəyə qoşulan Hidayət Heydərov 1/16 finalda macarıstanlı Mikloş Unqvarini vaza-ari xalı ilə məğlubiyyətə uğradıb.

Onun növbəti rəqibi israilli Din Yaakov Gemer olub. Bu dəfə 3 dəqiqə 31 saniyəyə ipponla qalib gələn Heydərov 1/4 finala yüksəlib.22 yaşlı cüdoçunun rəqibi yunanıstanlı Georgios Azoidis olacaq.


SON XƏBƏRLƏR