Eldar Əzizov "Vosmoy"dakı yanğın yerində: "Belə hadisələrdən heç bir ölkə sığortalanmayıb"

23-06-2019 [13:00]

Bakının Nizami rayonu ərazisində yerləşən "X-Lady” mağazasında səhər saatlarında başlayan yanğın söndürülüb.

Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da gəlib.

Eldar Əzizov mətbuata açıqlamasında bildirib ki, yanğının baş vermə səbəbləri araşdırılacaq: "Heç bir ölkə belə hadisələrdən sığortalanmayıb. Nizami rayonunun paytaxtın digər rayonlarından fərqi burada ticarət obyektləri baxımından sıxlığın yüksək olmasıdır. Ona görə də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün bu istiqamətdə lazımi işlər görülür. Yanğının baş vermə səbəbləri obyektiv qaydada araşdırılacaq”. 

Musavat.com



SON XƏBƏRLƏR