Sərdar Cəlaloğlu İsa Qəmbərdən onu toya çağırmadığına görə inciyib

img

17-04-2013 [07:44]


Aprelin 16-da Müsavat Partiyasının başqanı İsa Qəmbər Xudafərin Şadlıq Evində oğluna toy düzənlədi. Toyda diqqət çəkən məqamlardan biri də başqanın həmkarlarından kimlərin orada iştirak edib-etməməsi idi. 

AXCP sədri Əli Kərimli, sabiq daxili işlər naziri İsgəndər Həmidov, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Ümid Partiyasının sədri İqbal Ağazadənin toyda iştirakını təsdiq edən fotolar var.

 Amma başqanın bir çox keçmiş silahdaşları qonaqlar arasında yox idi. Bəzi siyasətçilərin mərasimdə olmaması təəccüblə qarşılanıb. Teleqraf.com toya dəvət olunmayan siyasətçilərdən ikisi ilə danışıb.

 İ.Qəmbər eyni hakimiyyətdə təmsil olunduğu, uzun müddət partiyada birgə çalışdığı Açıq Cəmiyyət Partiyasının (ACP)-nın sədri Sülhəddin Əkbəri toya dəvət etməyib. 

S.Əkbərlə İ.Qəmbər həmçinin kirvə münasibətlərindədilər. 

 S.Əkbər Teleqraf.com-a açıqlamasında İ.Qəmbərin onu toya dəvət etmədiyini təsdiqlədi: "Ataların bir sözü var, çağırılan yeri ar eləmə, çağırılmayan yeri dar. Çağırmayıb, özü bilər. Sağ olsun ki, mənə qarşı münasibəti açıq şəkildə ortaya qoyub. Toya çağırmadığına görə, İsa Qəmbərdən qəti şəkildə incimirəm". 

 Maraqlıdır, İ.Qəmbər Qarabağ blokunda təmsil olunan İ.Ağazadəni toya dəvət etdiyi halda, həmin blokun digər üzvü Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu dəvətlilərin siyahısından kənarda qalıb. 

 S.Cəlaloğlu Teleqraf.com-a açıqlamasında bildirib ki, İ.Qəmbər onu siyasi münasibətlərdəki soyuqluğa görə toya dəvət olunmayıb: �Hələ toydan qabaq mən İsa bəyə zəng etdim. Toy üçün şadlıq evinin icarəyə götürülməsi sahəsində yaranan problemin həllinə koməklik göstərə biləcəyimi ona dedim. Üstəlik, toya dəvət olunmamağımın səbəbini soruşdum. Dedi ki, sənə əziyyət vermək istəmirəm. Mən onu 4 övladımın birinin toyuna dəvət etmişəm. O da məni toya dəvət etməli idi. Açığı başqanın bu hərəkəti qəlbimə dəydi. Ondan heç gözləməzdim. Onunla danışanda aydın şəkildə bildim ki, sadəcə məni toya dəvət etmək istəmir. Vaxtilə deyirdi ki, İqbal Ağazadəyə görə, Sərdarla əməkdaşlıq edə bilmərik. Yəni Ümid Partiyasını əməkdaşlıq edəcəyi partiyaların sırasında görmək istəmirdi. Amma bu gün İqbalı toya çağırır, məni yox. Bu nə məntiqsizlikdir? Saytınız vasitəsilə ona çatdırmaq istəyirəm ki, bu hərəkətinə görə, İsa Qəmbərdən incimişəm. Düzdür, hədiyyəmi göndərdim. Amma belə etməməli idi. O, hakimiyyətdə olanda mən vəzifədə deyildim. Müxalifətdə olduğu müddətdə isə ən çətin məqamlarda ona dəstək olmuşam. İsa Qəmbər yaşlandıqca, uşaq kimi hərəkətlər edir. Bir müddət qabaq İqbal pis adam idi, Sərdar yaxşı, indi isə Sərdar pis adam oldu, İqbal yaxşı?�

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR