"Megafun"da partlama: 10 nəfər xəsarət alıb

img

23-06-2019 [00:31]


"Megafun" Əyləncə Mərkəzində helium şarlarının partlaması nəticəsində 3 nəfər yanıq xəsarəti alıb.

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun verdiyi məlumata görə, 53 yaşlı qadın və 54 yaşlı kişi (ər-arvad) hər iki ətrafın yanığı, 21 yaşlı oğlan isə sağ əlin yanığı diaqnozu ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Məlumata görə, daha 7 nəfərə hadisə yerində tibbi yardım göstərilib.

***

21:48

"Megafun" Əyləncə Mərkəzində insan tələfatı və yanğınla nəticələnən partlayışın baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bunu "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, həmin əyləncə mərkəzində ailə tədbirlərinin birində asılmış helium şarları animatorların ehtiyatsızlığından partlayıb. Nəticədə 2 azyaşlı və 4 böyük olmaqla 6 nəfər yüngül bədən xəsarətləri alıb. Onlara tibbi yardım göstərilib və həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı animatorlar Xətai Rayon Polis İdarəsində dindirilərək izahatları alınıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR