Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və vətəndaş təssübkeşliyi ilə bağlı dəyirmi masa keçirilib

22-06-2019 [14:31]
Iyun ayinın 20 –də «Əks-səda»Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi Beylaqan rayon Mədəniyyət Mərkəzinin akt zalında "Milli maraqların müdafiəsi : sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və vətəndaş təssübkeşliyi” layihəsi çərçivəsində dəyirmi masa keçirilib.

Mia.az xəbər verir ki, layihə rəhbəri Sevinc Kərimova layihənin məqsədinin sosial şəbəklərdən istifadə edən vətəndaşlarımizla milli mənafeyimiz və dövlətimizın təhlükəsizıyi ilə bağlı mövzularda müzakirələr aparmaq oldugunu bildirib və mövzu haqqında ətraflı çıxış edib.

Sevinc Kərimovanın çıxışından sonra Beyləqan rayon Mədəniyyət Mərkinin direktoru İxtiyar Məhəmmədli, Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktoru Gültəkin Məmmədova, Beyləqan rayon Gənlər və İdman İdarəsinin rəisi Bakir Həsənov və digər rayon ziyalıları çıxış ediblər.

50 –yədək rayon sakini tştirak etdiyi dəyirmi masa çay süfrəsi ilə davam edib.

Qeyd edək ki, "Milli maraqların müdafiəsi : sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və vətəndaş təssübkeşliyi” layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Analoji tədbirlər iyul ayının 5 –də Astara, iyul ayının 19-da Ağstafa və 2 avqust tarixlərində Bərdə şəhərlərində keçirilməsi planlaşdırılıb.


SON XƏBƏRLƏR