III Avropa Oyunlarının keçiriləcəyi ölkənin adı bəllli oldu

22-06-2019 [13:00]
2023-cü ildə III Avropa Oyunlarının keçiriləcəyi ölkənin adı bəlli olub.

Mia.az xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, yarış Polşanın Krakov şəhərində keçiriləcək.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda baş tutub. II Avropa Oyunları isə iyunun 21-də Belarusun paytaxtı Minskdə start götürüb və ayın 30-dək davam edəcək.


SON XƏBƏRLƏR