"Ərdoğan bəy qorxmasın, oğlumu buraxsın..." - Dəmirdaşın anası və atasından bir-birinə zidd maraqlı açıqlamalar

img

22-06-2019 [10:51]


Ədirnə həbsxanasında saxlanılan HDP-nin sabiq həmsədri Səlahaddin Dəmirdaşın anası Sadiyə Dəmirdaş və atası Tahir Dəmirdaş T24-ə maraqlı açıqlamalar veriblər.

Mia.az Haberler.com-a istinadla xəbər verir ki, Dəmirdaşın anası prezident Ərdoğana səslənərək, oğlunun azadlığa buraxılmasını istəyib: "Siyasəti heç sevmədim. Kaş uşaqlarım siyasətə girməyəydi. İndi oğlum həbsdən çıxsa, onun təkrar siyasətə qoşulmasına izn verməyəcəm. Mütləq buraxmayacam. Ərdoğan bəy qorxmasın, oğlumu buraxsın, ona siyasətə imkan verməyəcəm. Dinləsin məni. Mən bunu həbsxananın kamerasına da demişdim. Səlahəddin çıxacaq, burada, yanımda oturacaq".

Atası Tahir Dəmirdaş isə həyat yoldaşından fərqli açıqlama verib. 

O, "Mənə qalsa, oğlum sonuna qədər davam etməlidir. Atası olaraq, hiss edirəm ki, oğlum Allahın izniyə gələcəkdə prezident olacaq", - deyib.

Lakin Sadiyə Dəmirdaş bu yerdə ərinin sözlərinə müdaxilə edib: "Prezident olmasını istəmirəm, ən imkan vermərəm. Mənə lazım deyil, hər şey onların olsun".

Xatırladaq ki, Dəmirdaş 2016-cı ildə terrora dəstək ittihamı ilə həbs edilib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR