Kürdə batan qardaşlardan birinin cəsədi tapıldı

img

22-06-2019 [10:25]


Bu gün səhər ötən gün Kür çayının Salyan rayonunun Ağaşı Noxudlu kəndindən keçən hissəsində çimərkən boğulmuş iki yeniyetmə qardaşdan birinin cəsədi tapılıb.

16 yaşlı Rəvan Seymur oğlu Sadıqovun cəsədi batdığı yerdən 5 km aralıda FHN-nin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Hazırda dalğıc-axtarış qrupu suda batmış digər qardaş - 13 yaşlı Ramal Seymur oğlu Sadıqovun axtarışlarını davam etdirir.

Virtualaz.org


Digər xəbərlər
SON XƏBƏRLƏR