Bağdadda məsciddə partlayış: ölən və yaralananlar var

img

21-06-2019 [16:30]


İraqın paytaxtı Bağdad şəhərində məsciddə törədilən bomba partlayışı nəticəsində azı 10 nəfər ölüb, 30-dan çox yaralı var.

Rusiya KİV-ləri xəbər verir ki, paytaxtın şərqindəki Bələdiyət bölgəsində meydana gələn partlayış polis nümayəndələrinin sözlərinə görə, terrorçu-kamikadze tərəfindən törədilib.

Yaralıların bir çoxunun vəziyyəti ağır olduğu üçün qurban sayının arta biləcəyi də qeyd olunur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR