Xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO

21-06-2019 [16:21]
Azərbaycan Xalq artisti Canəli Əkbərovun səhhəti pisləşib.

Bu barədə xanəndə özü məlumat verib. 

O, 4-5 gündür Mərkəzi Klinika Xəstəxanasına yatırıldığını bildirib:

"Ayaqlarımda problemlər vardı, gəldim xəstəxanaya. Həkimlər sağ olsun, əlindən gələni edirlər. Aləm yığışıb bura.

Həmkarlar, tələbələr, ailə-uşaq, nəvə-nəticələr gəlib dəyirlər. 4-5 gündür buradayam".

Kult.az


SON XƏBƏRLƏR